İsrail qüvvələri bir sutka ərzində 42 fələstinlini həbs edib

İsrail qüvvələri bir sutka ərzində 42 fələstinlini həbs edib

İsrail qüvvələri son sutka ərzində işğal altında olan İordan çayının qərb sahilinin müxtəlif rayonlarında 42 fələstinlini həbs edib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Fələstin Media Mərkəzinin saytı, Palinfo.com-a istinadən xəbər verir.

Mənbə bildirib ki, bu, İsrail polisinin rəsmən açıqladığı rəqəmdir, lakin həbs edilənlər bundan daha çoxdur.

Qeyd edək ki, Qüdsdə Sinaqoq yaxınlığında bir fələstinli gəncin hücumundan sonra İsrail Ordusu işğalda saxladığı bölgələrdə təhlükəsizlik tədbirlərini artırıb.

Bu səhər isə Silvan qəsəbəsində 13 yaşlı fələstinli uşaq silahla iki israillini yaralayıb.

İsraildə radikal yönümlü siyasətçilərin iştirakı ilə hökumətin formalaşması,10 fələstinlinin ölümü ilə nəticələnən Cenin şəhərinə hücum, habelə fələstinlilərin müxtəlif formalarda qarşılıq verməsi işğal edilmiş ərazilərdə “Üçüncü İntifadə” üsyanının baş qaldırmasına gətirib çıxara bilər.

Xəbəri paylaş

VİDEOLAR