İsrail qüvvələri 8 dinc fələstinlini yaralayıb

İsrail qüvvələri 8 dinc fələstinlini yaralayıb

İsrail hərbçilərinin işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Nablus şəhərinə etdiyi basqın zamanı 8 fələstinli yaralanıb.

Az.rasthaber.com xəbər verir ki, şahidlərin məlumatına görə, çox sayda İsrail əsgəri Nablusun şərqindəki "Yusifin makamı'' adlandırılan bölgəyə basqın edib.
Basqına reaksiya verən fələstinli gənclərlə İsrail qüvvələri arasında qarşıdurma yaşanıb.
İsrail qüvvələri fələstinlilərə həqiqi və metal güllələrlə, həmçinin gözyaşardıcı qazla müdaxilə edib. Fələstinlilər isə yolları bağlayıb,İsrail qüvvələrinə daş və butulka atıb, təkərlər yandırıblar.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamaya görə, İsrail qüvvələrinin Nablusda törətdiyi hücumda 8 fələstinli yaralanıb, 35 nəfər gözyaşardıcı qazdan zəhərlənib.

Xəbəri paylaş

VİDEOLAR