İsrail qüvvələri İordan çayının Qərb sahilində 3 fələstinlini qətlə yetirib.
Az.rasthaber.com “Anadolu”-ya istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən məlumat verilib.
Belə ki, İsrail hərbi təyyarələrinin Cənin şəhərinə hava zərbəsi endirməsi nəticəsində 2 fələstinli həyatını itirib, daha 10 nəfər isə xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağırdır.
Hava zərbəsinin ardınca İsrail qüvvələri Cənin şəhərində əməliyyat keçiriblər – qaçqın düşərgəsinin yerləşdiyi ərazi mühasirəyə alınıb.
Daha bir fələstinli isə Qərb sahilində yerləşən əl-Birah şəhərində İsrail qüvvələri tərəfindən güllələnərək qətlə yetirilib.
Fələstin SN-dən qeyd edilib ki, 21 yaşlı Məhəmməd İmad Həsəneyn odlu silahdan aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.