İsrail qüvvələri 16 yaşlı fələstinlini şəhid edib

İsrail qüvvələri 16 yaşlı fələstinlini şəhid edib

İşğal altındakı İordan çayının qərb sahilində işğalçı sionist qüvvələrin açdığı atəş nəticəsində yaralanan 16 yaşlı Abdullah Məhəmməd Həməd adlı fələstinli gənc şəhid olub.

Az.rasthaber.com xəbər verir ki, sionist rejim qüvvələri dünən İordan çayının qərb sahilinin Ramallah şəhərində 16 yaşlı Abdullah Məhəmməd Həmədi canlı güllələrlə hədəfə alıb.

Ağır yaralanan fələstinli gənc, sionistlər tərəfindən nəzarətə götürülüb.

Nəzarətə götürülən 16 yaşlı gəncin vəziyyəti ağır olduğundan dünyasını dəyişib.

Xəbəri paylaş

VİDEOLAR