İşğalçı İsrail qüvvələrinin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda şəhid olanların sayı son 24 saatda 53 nəfər artaraq 36 min 224-ə çatıb.
Az.rasthaber.com xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 237 gündür hücumları ilə bağlı məlumat verilib.
İşğalçı İsrail qüvvələrinin son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 5 “qırğın” həyata keçirdiyi və bu hücumlarda daha 53 fələstinlinin şəhid olduğu, 357 fələstinlinin isə yaralandığı bildirilib.
Qatil İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda şəhidlərin sayının 36 min 224-ə, yaralıların sayının isə 81 min 777-yə yüksəldiyi qeyd edilib.
Açıqlamada dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin qatil İsrail qüvvələrinin maneə törətməsi səbəbilə tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi də ifadə edilib.