Sionist rejimin maliyyə naziri Bezalel Smotrich X sosial media platformasında verdiyi açıqlamada İordan çayının qərb sahilində və İordaniya vadisində Beyt Hoqla, Aviqail və Asael yəhudi qəsəbələrinin qanuniləşdiriləcəyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Smotriç bildirib:
"Yaşayış məntəqələrində böyük hadisələr baş verir ki, bu da sionist və sağçı milli hökuməti İsrail dövlətinin xeyrinə İordan çayının qərb sahilində məskunlaşmanın inkişafı barədə düşünməyə cəsarətləndirir. Biz xalqa söz verdik ki, siyasət dəyişəcək. Biz yavaş-yavaş hərəkət edirik. Bütün qəsəbə hərəkatını və onun sakinlərini təbrik edirəm.".
Digər tərəfdən, bölgədəki köçkünlərin 7-ci televiziya kanalında yayımlanan xəbərdə sionist rejim ordusunun mərkəzi komandanlığının məskunlaşma məntəqələrinin təşkili işlərinə başlanılması qərarını imzaladığı bildirilib.