İsrail qorxuda: İrana qarşı yeni NATO təşkil edilsin

İsrail qorxuda: İrana qarşı yeni NATO təşkil edilsin

Misirin Şərm-Şeyx şəhərində İsrailin baş naziri, Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi və Misirin prezidenti arasında baş tutan zirvə toplantısında İrana qarşı yeni NATO-nun təşkili təklif edilib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Bildirilib ki, Misirin Şərm-Şeyx şəhərində İsrailin baş naziri Naftalı Bennet, Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi Məhəmməd bin Zayid və Misirin prezidenti Əbdülfəttah Sisi arasında baş tutan zirvə toplantısında İrana qarşı yeni NATO-nun təşkili təklif edilib.

Təklif İsrailin baş naziri tərəfindən irəli sürülüb.

İsrail mənbələri bu zirvə toplantısının əsasən İranla imzalanacağı nəzərdə tutulan nüvə sazişi və rəsmi Tehranın digər fəaliyyətlərinə qarşı olduğunu, Misir mətbuatı isə bu zirvə toplantısının bölgədə enerji təhlükəsizliyi və digər əməkdaşlıqlar istiqamətində keçirildiyini yazıblar.

Xəbəri paylaş

VİDEOLAR