Sionist rejimə məxsus qırıcı təyyarələri Qəzzanın cənubundakı bir əraziyə hava hücumu təşkil etdiyi bildirilib.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İsrail Ordusunun qırıcıları Qəzzanın cənubundakı bir bölgəyə hava hücumu təşkil edib.
Şahidlərin sözlərinə görə, sionist rejim bu hücumda Qəzzada bir evi hədəfə alıb.
İsrail tərəfi sözügedən hücumun yalan olduğunu bildirib.
Hücumda insan tələfatının olmadığı bildirilib.