Fələstin İnformasiya Mərkəzi elan edib ki, fələstinli döyüşçülər ötən həftə işğalçı sionist rejimə qarşı onlarla müqavimət əməliyyatı keçiriblər.
Az.rasthaber.com xəbər verir ki, bu mərkəzin hazırladığı hesabatda ötən həftə fələstinli döyüşçülərin təşkil etdiyi müxtəlif müqavimət əməliyyatlarında bir sionistin öldürüldüyü, 3 nəfərin isə yaralandığı vurğulanıb.
Bu mərkəz ötən həftə iki fələstinlinin İsrail əsgərləri tərəfindən şəhid edildiyini bildirib.
Bu hesabata görə, fələstinli döyüşçülər İordan çayının qərb sahilində və Qüdsdə 181 müqavimət əməliyyatı keçirib.
Bu əməliyyatlara 24 sionist hədəfinin atəşə tutulması, soyuq silahlarla hücum, bir neçə İsrail hərbi qülləsi və bazasının yandırılması, 3 əldəqayırma bomba və qumbaraatanların işə salınması daxildir.