İsrail PUA-sı Nablusda qəzaya uğrayıb

İsrail PUA-sı Nablusda qəzaya uğrayıb

İsrail qüvvələrinə məxsus "sky rider" tipli pilotsuz uçuş aparatı (PUA) İordan çayının qərb sahilinin şimalında qəzaya uğrayıb.

Az.rasthaber.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, işğalçı İsrail ordusunun Twitter hesabından verilən açıqlamada, "sky rider" tipli pilotsuz uçuş aparatının müntəzəm uçuşu zamanı qəzaya uğradığı iddia edilib.

PUA-nın hissələrinin heç bir məlumat sızdırmadan düşdüyü yerdən yığıldığı iddia edilən açıqlamada, düşmə səbəbi qeyd edilməyib.

Digər tərəfdən fələstinli fəalların sosial media hesablarında paylaşdıqları paylaşımlarda sözügedən pilotsuz təyyarənin Nablus bölgəsinə düşdüyü vurğulanıb.

Qeyd edək ki, bu yaxınlarda sionist rejim qüvvələrinə məxsus "sky rider" tipli PUA Qəzza zolağının Qələf bölgəsində də qəzaya uğramışdı.

Xəbəri paylaş

VİDEOLAR