İsrail polisi Qüdsdə bir türk vətəndaşını güllələyib

İsrail polisi Qüdsdə bir türk vətəndaşını güllələyib

Qüdsdə işğalçı İsrail rejimi polisinə bıçaqla hücum edildiyi iddia edilən türk turist şəhid olub.

Az.rasthaber.com xəbər verir ki, İsrail rejimi polisinin verdiyi açıqlamaya görə, Qüdsdə Türkiyə vətəndaşı İsrail polisini bıçaqlayıb.

Bədəninin yuxarı nahiyəsindən yaralanan polis məmurunun vəziyyətinin yaxşı olduğu bildirilərkən, hücumu törətdiyi iddia edilən Türkiyə vətəndaşı şəhid olub.

İşğal qüvvələrinin verdiyi açıqlamada bildirilib:

“Köhnə şəhərdə, yerli vaxtla saat 12:30 radələrində Əs-Sahirə (Herod) Qapısı ərazisində bir şəxs polisə bıçaqla hücum etməyə cəhd edib, polis atəş açaraq şübhəli şəxsi zərərsizləşdirib, hücum edən şəxsdə isə bıçaq tapılıb.".

Hücumu təşkil edən şəxsin Şanlıurfadan turist kimi getdiyi deyilən 34 yaşlı Həsən Saklan olduğu bildirilib.

İsrail mediası da sözügedən şəxsin polis atəşi ilə öldürüldüyünü paylaşıb.

Xəbəri paylaş

VİDEOLAR