İsrail polisi Qüdsdə növbəti insaniyyətə zidd hücumlarını icra edib
Rasthaber Azərbaycan xəbər verir ki, Əqsa məscidi yaxınlığında bayram namazını qılan fələstinli ahıl kişi İsrail polisinin hücumuna məruz qalıb.
Məlumata görə, İsrail polisi çox kobud surətdə Qüdsdə olan Əqsa məscidinin al-Asbat qapısı önündə Fitr namazını qılan fələstinlilərə müdaxilə edib.
Fələstinlilərə hücum edən polislər, fələstinli bir ahıl kişini yerlə sürüyüblər. Polisin hücumuna məruz qalan ahıl kişi polis tərəfindən saxlanılıb.