İşğal olunmuş Fələstin torpaqlarında yəhudiləşmə siyasəti yürüdən İsrail bu dəfə İbrahim məscidini hədəf seçib.
Rasthaber Azərbaycan Fələstin İnformasiya Mərkəzinə istinadla xəbər verir ki, ətrafda yaşayan yəhudilərin azan səsindən narahat olduqlarını bəhanə gətirən İsrail məsciddə azan səsləndirməsini yalnız ötən ay ərzində 50 dəfə əngəlləyib. İsrail hakimiyyətinin demək olar ki, şam azanına tamamilə qadağa qoyduğu bildirilir.
Xatırladaq ki, İsrail Fələstində müsəlman abidələrinin yer üzündən silinməsi üçün ciddi səylər göstərir. Belə ki, bir müddət öncə işğaı edilmiş Əl-Xəlil (Xevron) şəhərində Hərəmi İbrahim məscidində təmir və bərpa işləri dayandırılıb.
Qeyd edək ki, məscidin altındakı kahada İbrahim peyğəmbərin və onun həyat yoldaşının, həmçinin Yusif peyğəmbərlə onun həyat yoldaşlarının məzarları yerləşir.