İsrail ordusunun bir hissəsi Fələstin müqavimət qüvvələri ilə əməkdaşlıq edib

İsrail ordusunun bir hissəsi Fələstin müqavimət qüvvələri ilə əməkdaşlıq edib

Fələstin müqavimətindən olan mənbə Həmas-ın sionistlərə qarşı başlatdığı “Əqsa tufanı” əməliyyatı ilə bağlı yeni məlumat verib.

Az.rasthaber.com xəbər verir ki, Fələstin müqavimətindən olan bir mənbə "Tasnim" Xəbər Agentliyinə bildirib ki, sionist ordunun bir hissəsi "Əqsa tufanı" əməliyyatında müqavimət qrupları ilə əməkdaşlıq edib.

Müqavimətin sızdığı bölgələrdən əldə edilən məlumatların bir hissəsinin bəzi İsrail ordusu qüvvələri vasitəsilə əldə edildiyini bildirən fələstinli mənbə, bəzi israillilərin uzun müddətdir müqavimət qrupları ilə əməkdaşlıq etdiyini qeyd edib.

Mənbə bildirib ki, “Əqsa tufanı" əməliyyatı zamanı əldə edilən bu məlumatlardan Qəzza ətrafındakı qəsəbələrə və xüsusilə də hərbi bazalara sızmaq üçün istifadə edilib.

Fələstinli mənbənin sözlərinə görə, bu əməkdaşlıq yalnız kəşfiyyat məsələləri ilə məhdudlaşmır və fələstinlilər uzun müddətdir ki, öz avadanlıqlarının böyük hissəsini sionist əsgərlər və İsrail ordusundan alırlar.

Qeyd edək ki, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də işğal rejiminə qarşı “Əqsa tufanı” adlı hərtərəfli əməliyyata başladığını açıqlayıb.

Qassam Briqadaları komandiri Məhəmməd Ed-Dayf, Əl-Əqsa televiziyasında yayımlanan çıxışında bildirib:

“Əqsa Tufanı" döyüşünün başladığını bəyan edirik. Düşmən qüvvələrini hədəf alan ilk hücumda 5 min raket atılıb".

Xəbəri paylaş

VİDEOLAR