11.05.2022 13:31:37
İşğalçı İsrail rejiminin Dövlət Auditoru işğalçı orduda ciddi əməliyyat uğursuzluğu aşkar edib.
Az.rasthaber.com xəbər verir ki, sionist rejim radiosu dövlət müfəttişinin hesabatına istinadla bildirib ki, işğalçı ordu İordan çayının qərb sahilində və Qəzza zolağının şimal və cənub hissələrində ciddi əməliyyat uğursuzluğu qeydə alınıb.
Hesabatda bildirilir ki, İsrailin Müdafiə Nazirliyi və ordusu İordan çayının qərb sahilindəki işğal məntəqələrində enerji komponentləri üçün infrastruktur, təhlükəsizlik hasarı və ya hərbi texnika üçün kifayət qədər büdcə ayırmayıb. İsrail rejimi müfəttişi bunu "ciddi əməliyyat uğursuzluğu" kimi qiymətləndirib.