İsrail ordusu 2023-cü il oktyabrın 7-də Qəzza zolağına hücumlara başladığı vaxtdan bəri 28 əsgərinin intihar etdiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, İsrail ordusunun açıqladığı məlumatlara görə, Qəzzaya hücumların başladığı 7 oktyabrdan bəri intihar edən əsgərlərin sayında ciddi artım olduğu bildirilib.
İsrail ordusu 2024-cü ildə intihar edən əsgərlərin sayını 21 olaraq açıqlasa da, bu rəqəm son 13 ilin ən yüksək göstəricisi olub.
Bildirilib ki, ötən il intihar edən 21 əsgərdən 7-si rütbəsiz sıravi, 2-si həqiqi hərbi xidmət hərbi qulluqçusu, 12-si isə ehtiyatda olan hərbçidir.
İsrail ordusunun məlumatına görə, 2023-cü ildə 17 əsgər intihar edib. Sözügedən intihar hadisələrindən 7-si oktyabrın 7-dən sonra baş verib.
Bu rəqəm 2022-ci ildə 14, 2021-ci ildə isə 11 intihar hadisəsi qeydə alınıb.
Bundan əlavə, İsrail ordusundan verilən açıqlamada 7 oktyabr 2023-cü ildən bu yana minlərlə İsrail əsgərinin psixi problemlər səbəbilə hücumlarda iştirak etdikləri sahələrdən geri çəkildiyi vurğulanıb.
İntihar hadisələrinin artmasının İsrailin Qəzzaya hücumlarından sonra ordunun 300 min ehtiyat əsgəri xidmətə çağırması ilə bağlı olduğu açıqlanıb.
İsrailin son iki ildə həyata keçirdiyi hücumlar zamanı ölən İsrail əsgərlərinin sayı 807, 2023-cü ildə 512, keçən il isə 295 olaraq açıqlanıb.