İsrail ordusuna məxsus PUA Qəzzada sıradan çıxıb

İsrail ordusuna məxsus PUA Qəzzada sıradan çıxıb

İsrail ordusu Qəzzada ona məxsus PUA-nın sıradan çıxdığını açıqlayıb.

Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, İsrail ordusu Qəzzanın şimalında rejimə aid pilotsuz təyyarənin süqut etdiyini bildirib.

Əl-Cəzirə xəbər şəbəkəsi sionist rejim ordusuna istinadən bildirib ki, rejim ordusu PUA-nın qəzaya uğramasının səbəblərini araşdırır.
May ayının 26-da da oxşar hadisədə işğalçı sionist rejim ordusunun “Skylark” pilotsuz təyyarəsi qəzaya uğrayıb. PUA daha sonra Livan ordusu tərəfindən ələ keçirilib və İsrail dronu geri almağa çalııb.
Livan ordusu verdiyi açıqlamada İsrailə məxsus pilotsuz təyyarənin Livanın cənubunda qəzaya uğradığını təsdiqləyərək bildirib: “26 may 2022-ci il tarixində təxminən saat 18:30 radələrində İsrailə məxsus pilotsuz təyyarə Livanın hava məkanını daxil olduqdan sonra Livanın cənubundakı Rəmiş şəhərinin yaxınlığında süqut etdi."

 

Xəbəri paylaş

VİDEOLAR