İsrail ordusu Qəzzaya hava zərbəsi endirib

İsrail ordusu Qəzzaya hava zərbəsi endirib

İşğalçı sionist İsrail ordusu blokadada olan Fələstinin Qəzza zolağında HƏMAS-a aid bəzi məntəqələrə hava zərbəsi endirib.

Az.rasthaber.com xəbər verir ki, hücum Qəzza şəhərinin şərqindəki Əz-Zeytun rayonunda, sərhədə yaxın ərazidə baş verib. İsrailin pilotsuz uçuş aparatları (PUA) HƏMAS-ın hərbi məntəqələrinə hücum edib.

Hücumlarda can itkisi və ya yaralanma olub-olmadığı barədə məlumat paylaşılmayıb.

İşğalçı Sionist İsrail Ordusunun sözçüsü tərəfindən edilən yazılı açıqlamada; Qəzza zolağında HƏMAS-a məxsus 3 hərbi məntəqəyə hücum edildiyi bildirilib.

Pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirilən hava hücumunda hədəf alınan yerlərin sərhədə yaxın bölgədə olduğu bildirilib.

Hücum işğalçı sionist İsrail qüvvələrinin Qəzza zolağının sərhəd bölgəsində nümayiş keçirən fələstinlilərə atəş açması və 28 nəfərin yaralanmasından sonra baş verib.

Qəzzada fələstinlilər sağçı yəhudi qrupların Əl-Əqsa məscidinə basqına etiraz etmək üçün 6 gündür İsrail sərhədinə yaxın ərazilərdə nümayişlər keçirir.

Xəbəri paylaş

VİDEOLAR