İsrail ordusu Qəzzada öz əsgərlərini öldürüb

İsrail ordusu Qəzzada öz əsgərlərini öldürüb

Ötən bazar günü Qəzza zolağında həyatını itirən iki sionist əsgərin İsrail tankından açılan atəş nəticəsində həlak olduğu müəyyən edilib.

Az.rasthaber.com xəbər verir ki, İsrailin Qəzza zolağına hücumları 208 gündür davam edərkən, İsrail ordusu Qəzzada öz əsgərlərini gülləbaran edib. İstintaq çərçivəsində ötən bazar günü Qəzza zolağında həyatını itirən 2 sionist əsgərin İsrail ordusunun tankından olduqları binaya açılan atəş nəticəsində öldüyü müəyyən edilib.

Yiftah briqadasına məxsus tankın təyin olunmuş ərazidən kənarda yerləşən binaya atəş açması nəticəsində əsgərlərin həlak olduğu bildirilib. Yanğın zamanı həyatını itirən 28 yaşlı İdo Aviv və 37 yaşlı Kalkidan Meharimdən başqa binada çoxlu əsgərin də olduğu açıqlanıb.

Xəbəri paylaş

VİDEOLAR