İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində köçkünlərin sığındığı məktəbi bombalaması nəticəsində 12 nəfər şəhid olub.
Az.rasthaber.com xəbər verir ki, İsrailin 7 oktyabrda Qəzzaya qarşı başlatdığı soyqırımı 70-ci gününə qədəm qoyub. İsrail ordusu iki ay ərzində hər dəqiqə Qəzza zolağına hücumlarının intensivliyini artırmağa davam edir.
Ərəb mediası İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində köçkünlərin sığındığı məktəbi bombalaması nəticəsində 12 nəfərin həyatını itirdiyini açıqlayıb.
Gecə saatlarında Xan Yunisin qərbində İsrail qüvvələrinin fələstinli “Əbu Nəsr” ailəsinin evini atəşə tutması nəticəsində 4 nəfərin həlak olduğu bildirilib.
Qəzza hücumlarında ölənlərin sayı 18 min 787-yə yüksəlib
Son tapıntılara əsasən, Qəzzanın Səhiyyə Nazirliyi dünən sionistlərin vəhşiliyi və soyqırımı ilə bağlı hesabat dərc edib. Hesabatda bildirilib:
"İşğalçıların həyata keçirdiyi vəhşi hücumlarda şəhidlərin sayının 18 min 787, yaralıların sayının isə 50 min 897-yə çatdığı bildirilib".