İsrail ordusu PUA ilə livanlı gənclərin üzərinə tüstü bombaları atıb

İsrail ordusu PUA ilə livanlı gənclərin üzərinə tüstü bombaları atıb

Sionist rejim ordusuna məxsus pilotsuz uçuş aparatı Livanın hava məkanını pozaraq kafedə əyləşən gənclərin üzərinə tüstü bombaları atıb.

Az.rasthaber.com xəbər verir ki, sionist rejimin Ramazan ayı ilə əlaqədar gecə saatlarında sahur edən gənclərə hücumu xəbərini Livanın rəsmi agentliyi paylaşıb.

Xəbərdə ölkənin cənubunda, işğal olunmuş ərazilərlə sərhədə yaxın Mercayun rayonunda kafedə oturan gənclərə İHA və tüstü bombası atıldığı qeyd edilib.

Saldırıda kimsenin yaralanmadığı belirtildi.

Livan ilə 87 kilometrlik sərhədi olan işğal olunmuş ərazilər arasında müxtəlif səbəblərdən zaman-zaman gərginlik yaranır.

Livan-Sionist rejim sərhədini təmsil edən “Mavi xətt” 1978-ci ildə yaradılan Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Sülhməramlı Qüvvələri tərəfindən nəzarət edilir və qorunur.

Xəbəri paylaş

VİDEOLAR