İsrailin dövlət televiziyası İsrail ordusunun HƏMAS liderlərinə sui-qəsd edə biləcəyini bildirib.
Az.rasthaber.com xəbər verir ki, İsrail televiziyasının ordudakı adı açıqlanmayan yüksək səviyyəli hərbi mənbələrə istinadən verdiyi xəbərdə bildirilib:
"İsrail ordusu hələ də HƏMAS-ın Qəzzadakı rəhbəri Yəhya əs-Sinvarın və Hərəkatın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının komandiri Məhəmməd əl-Deyfin öldürülməsini bir seçim olaraq görür. Ancaq bunun reaksiyalara səbəb olacağını nəzərə almaq lazımdır".
Qeyd edək ki, İsrailli millət vəkilləri, bəzi keçmiş rəsmilər və jurnalistlər mayın 5-də Tel-Əviv yaxınlığındakı Əl-Ad şəhərində 3 israillinin ölümünə səbəb olan bıçaqlı hücumu Yəhya Sinvarın təhrik etdiyini əsas gətirərək öldürülməsinə çağırış etmişdilər.