İsrail ordusu: Cenində hədəflərimizə çata bilmədik

İsrail ordusu: Cenində hədəflərimizə çata bilmədik

Sionist ordunun sözçüsü bildirib ki, bazar ertəsi Cenin düşərgəsinə edilən hücumda bütün məqsədlərə nail olunmayıb.

Az.rasthaber.com xəbər verir ki, sionist rejim ordusunun sözçüsü “Daniel Həcəri” bu gün radioya verdiyi müsahibədə bu rejimin Cenin düşərgəsinə hücum edə bilmədiyini etiraf edib.

Safa xəbər agentliyinin məlumatına görə, o, deyib: “Təhlükəsizlik məlumatları Cenin düşərgəsindəki bütün məqsədləri yerinə yetirmək üçün kifayət etmədi və bir neçə həftə əvvəl Cenin şəhərinin qərbində məskunlaşanlardan birini öldürən qrup da daxil olmaqla, bir çox silahlı qrup düşərgəni tərk etdi”.

Daniel Hagari Cenin düşərgəsindəki əməliyyatı "mürəkkəb" və "düşməncəsinə" bir vəziyyətdə olaraq qiymətləndirərək deyib: Bu əməliyyat zamanı 30-u əməliyyatın hədəfi olan 300 fələstinli həbs edilib, 12 fələstinli isə öldürülüb”.

Qeyd edək ki, sionist media mənbələri bir İsrail əsgərinin bu rejimin başqa bir əsgəri tərəfindən öldürüldüyünü bildirir.

Xəbəri paylaş

VİDEOLAR