İsrail ordusunun Qəzza zolağının cənubunda Birləşmiş Millətlər Təşkilatının (BMT) yardım paylama mərkəzini bombaladığı və ilkin məlumata görə, ən azı 5 fələstinlinin öldüyü, çoxlu sayda fələstinlinin də yaralandığı bildirilib.
Az.rasthaber.com xəbər verir ki, şahidlərdən və tibbi mənbələrdən alınan məlumata görə, İsrail qüvvələri Qəzza zolağının cənubundakı Rəfah şəhərində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlətmə Agentliyinə (UNRWA) aid yardım paylama mərkəzini hədəfə alıb.
İlkin məlumata görə, İsrailin hücumu nəticəsində 5 fələstinli həyatını itirib, çoxlu sayda yaralı var.
Sağlamlıq mənbələri yaralılardan bəzilərinin vəziyyətinin son dərəcə ağır olduğunu və onların Rəfahdakı Əbu Yusuf ən-Nəccar xəstəxanasında müalicə olunduğunu bildirib.