İsrail Nəcəf səhrasında bir gündə 33 fələstinlinin evini dağıdıb

İsrail Nəcəf səhrasında bir gündə 33 fələstinlinin evini dağıdıb

Sionist rejim fələstinliləri Nəcəf səhrasından qovmaq üçün bir gündə bu bölgədə otuz üç evi dağıdıb. Lakin fələstinlilər hələ də öz torpaqlarında qalmaqda israrlıdırlar.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrailin fələstinlilərə qarşı hücumları evlərin dağıdılması, torpaqların müsadirəsi və işğalçı qüvvələrin tətbiq etdiyi məhdudiyyətlərlə davam edir.

Fələstinlilər xidmətlərdən və infrastrukturdan məhrumdurlar. Bu problemlərə baxmayaraq, fələstinlilər öz torpaqlarına sadiq qalmaqda və torpaqlarını işğalçı qüvvələrə buraxmamaqda israrlıdırlar.

Bu bölgədəki evlərin hələ də sionist qüvvələri tərəfindən dağıdıldığı görünür. İşğalçı rejim hakimiyyəti bir gündə əksəriyyəti sığınacaqsız ailələrə məxsus olan 30-a yaxın evi söküb.

İşğalçı əsgərlər amansızlıqla evləri sökürlər. Nəcəf səhrasındakı kəndlərdə tikinti qadağan olunduğu üçün sökülən bu evlər sement və kərpicdən tikilməyib.

Məsələ ilə bağlı sakinlərdən biri belə açıqlamalar verib:

“Biz öz torpağımızda yaşayırıq və minimum şəraitimiz yoxdur. Biz sadəcə olaraq haqqımızın bizə verilməsini istəyirik. Suyumuz yoxdur və bu rayona 5-6 kilometr uzaqdan suyu gətiririk. Elektrik enerjimiz belə yoxdur”.

Bölgə müxbiri Nəcəf səhrasındakı vəziyyətlə bağlı bunları deyib: “Bu rayonun fotoları hər şeyi deyir. Bu bölgədə yaşamağın çətinliyinə baxmayaraq, fələstinlilər torpaqlarından imtina etməyi qəbul etmirlər, lakin bu ərazilərin çoxu müsadirə olunur”.

Qeyd edək ki, ötən il 2380 ev sökülüb, bu il də eyni proses davam edir. Rayon sakinləri əllərində olan bütün imkanlarla bu siyasətə qarşı mübarizə aparırlar”.

Xəbəri paylaş

VİDEOLAR