Qatil İsrailin Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində dinc sakinləri hədəfə aldığı hava hücumunda 4-ü uşaq olmaqla 8 fələstinli şəhid olub.
Az.rasthaber.com xəbər verir ki, şahidlərdən alınan məlumata görə, sionist İsrailin pilotsuz uçuş aparatları Xan Yunis şəhərinin Şeyx Nasir bölgəsində mülki əhalinin toplaşdığı ərazini hədəf alıb.
Xan Yunus şəhərindəki Avropa Qəzza və Nasser xəstəxanalarındakı sağlamlıq mənbələri hücumda 4-ü uşaq olmaqla 8 fələstinlinin şəhid olduğunu açıqlayıb.
Digər tərəfdən, soyqırımçı İsrail ordusunun Qəzza zolağının şimalında 3 xəstəxanaya təşkil etdiyi hücumlarda bəzi uşaqların da yaralandığı bildirilib.
Qəzza Səhiyyə Nazirliyinin baş direktoru Munir Abdullah əl-Burş verdiyi açıqlamada qatil İsrail ordusunun Kemal Advan, Əl-Avde və İndoneziya xəstəxanalarını artilleriya atəşi ilə hədəfə aldığını bildirib.
Xəstəxanalara atəş açdığı barədə məlumatı paylaşan Burş hücumlarda Kemal Advan Xəstəxanasında elektrik generatorları və su çənlərinin zədələndiyini, yenidoğulmuşlar şöbəsində olan bəzi uşaqların da yaralandığını bildirib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq Qızıl Xaç Komitəsindən bir nümayəndə heyətinin səfəri zamanı xəstəxanaların hədəf alındığına diqqət çəkən Burş, qatil İsrailin səhiyyə sistemini çökdürərək yeni bir vəziyyət yaratmağa çalışdığını da sözlərinə əlavə etdi.
Kamal Advan Xəstəxanasının direktoru Husam Abu Safiyye yaralanan uşaqlardan birinin vəziyyətinin ağır olduğu barədə məlumat paylaşıb.