Qüdsdə yaşayan Yasəmin Cabir 1 il əvvəl Hizbullaha casusluq ittihamı ilə saxlanılmışdı
Qüdsdə yaşayan fələstinli gənc qadın və Qüdsdə Milli Kitabxanada işləyən Yasəmin Cabir bir il əvvəl Hizbullaha və İrana casusluq ittihamı ilə saxlanılmışdı.
Rasthaber Azərbaycan xəbər verir ki, istintaq bitib və sionist məhkəməsi 2 il 6 ay həbs cəzası hökmünü elan edib.
Fələstin mənbələri casusluq ittihamı ilə saxlanılan və istintaqı aparılan Yasəmin Cabirə ünvanlanan heç bir ittihamın sübut edilmədiyinini bildirib.
İsrail mediasına da məhkəmənin təfərrüatları açıqlanmayıb.
Qeyd edək ki, həbsin ilk günlərində İsrail mediası istintaqdakı mənbələrə istinadla fələstinli qadının Livan Hizbullahı tərəfindən təşkil olunan "Fələstinə Qayıdış" adlı Konqresə dəvət edildiyini, bundan sonra saxlanıldığını bildirmişdi. Yasəmin Cabirlə birlikdə iki nəfər də saxlanılmışdı.