Sionist rejimin bəzi KİV-ləri İran və Rusiyanın yaxınlaşmasından sonra bu rejim ilə Rusiya arasında münasibətlərin gərginləşməsindən xəbər veriblər.
Az.rasthaber.com xəbər verir ki, regional “Rai Elyoum” qəzetinin yazdığına görə, sionist rejimin 12-ci telekanalının hərbi məsələlər üzrə analitiki Nir Dafouri bu rejimlə Rusiya arasında münasibətlərdə yaranmış gərginlik haqqında deyib: "Bu gərginlik çox güman ki, Təl-Əviv-Kiyev münasibətlərinin istiləşməsi və İsrailin son vaxtlar Ukrayna ilə bağlı atdığı addımlardan qaynaqlanır. Hər iki halda İsrail və Rusiya arasındakı münasibətlər artıq əvvəlki kimi deyil."
Bu israilli analitik Rusiyanın nüvə texnologiyasını İrana ötürmək cəhdindən sionist rejimin narahatlığına işarə edərək deyib: "Bu hərəkəti dayandırmaq üçün bütün mümkün vasitələrlə səylər göstərilir, çünki bu məsələ gələcəkdə elm və texnologiyaya, eləcə də İranın hərbi nüvə sektorlarına təsir göstərə bilər."
Qeyd edək ki, Sionist rejimin bəzi KİV-ləri bu yaxınlarda açıqlayıblar ki, bu rejim Amerikanın təzyiqi altında Ukrayna üçün strateji resursları maliyyələşdirməyə razılaşıb.