İsrail mediası: Netanyahu bir daha Rəfaha hücumu təxirə saldı

İsrail mediası: Netanyahu bir daha Rəfaha hücumu təxirə saldı

Sionist media bu rejimin baş nazirinin ikinci dəfə Rəfaha hücumu təxirə saldığını bildirib.

Az.rasthaber.com xəbər verir ki, sionist televiziyası elan edib ki, artan beynəlxalq təzyiqlər və əsir mübadiləsi razılaşmasına nail olmaq cəhdi fonunda bu rejimin baş naziri Binyamin Netanyahu ikinci dəfə Rəfaha hücumu təxirə salıb.

Digər tərəfdən, Yediot Aharonot qəzeti İsrail ordusunun Qəzza zolağı ilə bağlı qərarın 3 gün ərzində veriləcəyini təxmin etdiyini və rejimin ya əsirlərin mübadiləsində HƏMAS hərəkatı ilə razılaşacağını, ya da Rəfaha hücum edəcəyini yazıb.

Xəbəri paylaş

VİDEOLAR