"İsrail Livanı təhdid edəcək qədər güclü deyil"

Livan parlamentindəki "Müqavimətə Sədaqət" fraksiyasının rəhbəri Məhəmməd Raad, Hizbullahın imkanlarına işarə edərək, sionist rejimin Livanı təhdid edəcək qədər güclü olmadığını vurğulayıb.

Az.rasthaber.com xəbər verir ki, Sionist rejim müxtəlif müharibələrdə, xüsusilə 33 günlük müharibədə Hizbullaha qarşı böyük itkilər verib.
İşğal rejimi son aylarda Hizbullahın bu rejimin qətllərinə reaksiyasından qorxaraq Livan sərhəddindəki qüvvələrini dəfələrlə hazır vəziyyətə gətirib.
Livan parlamentindəki "Müqavimətə Sədaqət" fraksiyasının rəhbəri Məhəmməd Raad, dünən verdiyi açıqlamasında, Livan müqavimət qüvvələrinin dəqiq təyinatlı raketlər və PUA-larla təchiz olunduğunu və sionist rejimin son stansiyasına çatdığını bildirib.
Raad qeyd edib ki, amerikalıların ağlı sionist rejimin sonunun gəldiyini hələ də anlamayıb, ona görə də, amerikalılar öz cinayətərini örtmək üçün hər vasitəyə əl atıblar. "Lakin, müqavimətin əli bağlı deyil", - o, vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR