Sionist İsrail ordusu noyabrın 27-də Livanla imzaladığı atəşkəs razılaşmasını növbəti dəfə pozub. Qatil İsrail ordusu Livandakı bir neçə Hizbullah hədəfini “silah qaçaqmalçılığı” ilə məşğul olduqlarını əsas gətirərək vurduğunu açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, soyqırım törədən İsrail ordusu sosial mediada kəşfiyyat məlumatlarına əsasən Livandakı bir neçə Hizbullah hədəfinin vurulduğunu açıqlayıb.
“Vurulan hədəflər arasında raket buraxılış məntəqəsi, hərbi obyekt və Hizbullahın Suriya-Livan sərhədi boyunca silah qaçaqmalçılığı marşrutları olub”, - deyə bəyanatda bildirilir.
Livan və işğalçı İsrail arasında atəşkəs razılaşması çərşənbə günü, noyabrın 27-də qüvvəyə minib. Razılaşmanın maddələrindən birində bildirilib:
"Livan hökumətinin Hizbullah və ya Livan ərazisində mövcud olan hər hansı digər silahlı qruplaşmanın İsrailə qarşı hər hansı əməliyyat keçirməsinə mane olacaq və İsrail Livandakı mülki, hərbi və ya dövlət hədəflərinə qurudan, dənizdən və ya havadan heç bir hərbi hücum etməyəcək"