"İsrail-Livan gərginliyi İsrailin Əl-Əqsa məscidinə hücumunun nəticəsidir"

İordaniyanın xarici işlər naziri Ayman Safadi Livan sərhədindəki gərginliyin sionist rejimin işğal olunmuş Şərqi Qüdsdəki Əl-Əqsa məscidində ibadət edənlərə hücumunun nəticəsi olduğunu bildirib.

Az.rasthaber.com xəbər verir ki, İordaniyanın xarici işlər naziri Ayman Safadi deyib:

"İsrail son günlər Məscidül-Əqsaya hücumları ilə İordaniya və digər ərəb ölkələri ilə sülh razılaşmasını pozur.

İsrail polisinin dünən Əl-Əqsa məscidinə ikinci dəfə hücumundan sonra Təl-Əviv regional əməkdaşlığa girməyi mümkünsüz edib.

Bu gün İsrail-Livan sərhədində baş verən gərginlik İsrailin Məscidül-Əqsaya haqsız hücumunun nəticəsidir. Aylardır qaçmağa çalışdığımız təhlükəli vəziyyətdəyik".

Xəbəri paylaş

VİDEOLAR