Qəzza zolağında bir avtomobilə edilən hücum nəticəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) əməkdaşı həlak olub.
Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İsrail mətbuat orqanları məlumat yayıb.
Sionist İsrail mətbuat orqanlarının yaydığı məlumata görə, BMT avtomobilinə hücumun kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil.
İlkin məlumata görə, hücum nəticəsində biri ağır olmaqla yaralananlar olub.
Fələstin mənbələrinin yaydığı məlumatda isə İsrail qüvvələrinin üzərində BMT bayrağı olan avtomobilə atəş açdığı bildirilib.