İsrail işğalçıları dörd fələstinlini şəhid etdi

İsrail işğalçıları dörd fələstinlini şəhid etdi

3 fələstinli isə yaralanıb

 Rasthaber Azərbaycan xəbər verir ki, İordan çayının Qərb sahilində İsrail qüvvələrinin açdığı atəş nəticəsində 4 fələstinli həyatını itirib.

3 fələstinli isə həbs edilib, onlardan biri yaralıdır.

Bu barədə Fələstin Səhiyyə Nazirliyindən məlumat verilib.

19 yaşlı Saleh Əmmar və 21 yaşlı Raid Əbu Seyf güllə yaraları ilə xəstəxanaya çatdırılsalar da, onların həyatlarını xilas etmək mümkün olmayıb.

Şahidlərin sözlərinə görə, İsrail qüvvələri və “Cənin” qaçqın düşərgəsindəki fələstinli qaçqınlar arasında toqquşma baş verib.

İsrail qüvvələri fələstinlilərə qarşı gözyaşardıcı qaz və döyüş güllələrindən istifadə ediblər.

Xəbəri paylaş

VİDEOLAR