"İsrail İranın nüvə proqramını dayandırmaq üçün əlindən gələni edəcək"

Dünyada terror mənbəyi olan qondarma rejimin xarici işlər naziri deyib: “İsrail İranın nüvə proqramını dayandırmaq üçün əlindən gələni edəcək”.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, uşaq qatili sionist İsrail rejiminin qondarma xarici işlər naziri Yair Lapid, 27 mart 2022 tarixdə, işğal etdikləri Fələstin ərazilərində İran İslam Respublikası və Rusiya Federasiyası əleyhinə keçirtdikləri sammit barəsində tvitter hesabından yazıb ki, danışıqlarda əsas diqqət Rusiyanın Ukraynaya müdaxiləsi və İranın nüvə proqramı olub.

Varlığı terror və uşaq qətlləri ilə dolu olan sonist İsrail rejimin qondarma xarici işlər naziri, İslam İnqilab Keşikçiləri Korpusunu bütün dünyada terror fəaliyyəti aparmasında günahlandıraraq, beynəlxalq ictimaiyyətin İranın nüvə texnologiyasına sahib olmasına dözə bilməməsini vurğulayıb.

Yair Lapid əlavə edib: “Qüds və Vaşinqton İranın nüvə proqramı və onun nəticələri ilə bağlı fərqli fikirlərə malikdir. Lakin azad və dürüst dialoqlar iki ölkənin dostluq gücünün bir hissəsidir və hər iki tərəf İranın nüvə silahına çevrilməsinin qarşısını almaq üçün birgə işləməyə davam edəcək”.

Dünyada terror mənbəyi olan qondarma rejimin qondarma xarici işlər naziri daha sonra deyib: “İsrail İranın nüvə proqramını dayandırmaq üçün əlindən gələni edəcək”.

Xəbəri paylaş

VİDEOLAR