İsrail İordan çayının qərbində fələstinlilərə ciddi məhdudiyyət yaradacaq hasar tikir

İsrail İordan çayının qərbində fələstinlilərə ciddi məhdudiyyət yaradacaq hasar tikir

İsrail işğal altındakı İordan çayının qərb sahilində 45 kilometr uzunluğunda və 6-9 metr hündürlüyündə beton hasar tikintisinə başlayıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyi açıqlama verib.

 “Müdafiə Nazirliyi yanında Sərhəd və Təmas Xətti İdarəsi ilə İsrail Ordusu Mərkəzi Komandanlığı, İordan çayının qərb sahilinin şimalındakı təmas xətti boyunca 45 kilometrlik təhlükəsizlik divarı inşa etməyə başlayıb”, deyə İsrailin Müdafiə Nazirliyinin məlumatında deyilir.

Açıqlamada həmçinin qeyd olunub ki, “6-9 metr hündürlüyündə nəhəng beton hasarın üzərində mühafizə və müşahidə qurğuları və digər texnoloji imkanlar olacaq”.

İsrail Müdafiə Nazirliyinin Sərhəd İdarəsinin rəisi Eran Ophir da verdiyi açıqlamada deyib:

“Bir il ərzində tamamlanacaq hasar sayəsində İsrailə giriş əngəllənəcək. Təmas xəttindəki boşluqlar da bağlanacaq. Yeganə məqsədimiz fələstinlilərin İordan çayının qərb sahilindən İsrailə sızmalarının qarşısını almaqdır”.

Bildirək ki, İsrail 2002-ci ilin iyununda fələstinlilərin İsrail ərazisinə daxil olmalarının qarşısını almaq bəhanəsi ilə 1967-ci ildən bəri işğal etdiyi İordan çayının qərb sahilində “Utanc və Aparteid Divarı” adlandırılan ayırıcı divar inşa etməyə başladı. İsrailin bu addımı Fələstin Muxtariyyəti və Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən pislənilib. Bu addımla fələstinlilərin çoxunun ictimai-iyaşə obyektlərinə yolu bağlandı.

Xəbəri paylaş

VİDEOLAR