İsrail İordan çayının qərb sahilində 1 həftədə 51 fələstinlini şəhid edib

İsrail İordan çayının qərb sahilində 1 həftədə 51 fələstinlini şəhid edib

Sionist rejim qüvvələri hər gün Qəzzada olduğu kimi İordan çayının qərb sahilində də mülki insanlara qarşı qətllər törətməkdə və onlara hücum etməkdə davam edir.

Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin verdiyi açıqlamada təkcə cümə günü İordan çayının qərb sahilində sionist İsrailin güllələri ilə şəhid olanların sayının 14 olduğu bildirilib.

İşğalçı rejim qüvvələri cümə günü İordan çayının qərb sahilinin bir çox şəhərində Qəzza zolağına dəstək nümayişi keçirən fələstinlilərə qarşı real, rezin güllələr və gözyaşardıcı qazla müdaxilə edib.

Fələstin Qızıl Aypara Cəmiyyətinin verdiyi yazılı açıqlamada, sionist İsrail qüvvələrinin müdaxiləsi zamanı qazdan təsirlənənlər də daxil olmaqla, 73-ü real, 16-sı rezin güllə olmaqla ümumilikdə 239 fələstinlinin yaralandığı qeyd edilib.

Açıqlamada Qəzza əməliyyatlarının başladığı 7 oktyabrdan bəri İordan çayının qərb sahilində şəhid olan fələstinlilərin sayının 51-ə yüksəldiyi bildirilib.

Digər tərəfdən Qəzzanın Səhiyyə Nazirliyi sionist rejimin hücumları nəticəsində Qəzzada 614-ü uşaq olmaqla 1900 nəfərin şəhid olduğunu açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR