İsrail ilə dostlaşan BƏƏ-dən Yəməndəki separatçılara dəstək

İsrail ilə dostlaşan BƏƏ-dən Yəməndəki separatçılara dəstək

BƏƏ Yəmənin cənubunda yerləşən Sokotra adasındakı separatçılara hərbi yardım yükü göndərib.

Rasthaber Azərbaycan xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yəmənin cənubunda yerləşən Sokotra adasındakı separatçılara hərbi yardım yükü göndərib.

Bildirilir ki, Yəmən adalarına BƏƏ-dən olan yüksəkrütbəli hərbçilər də gəlib.

BƏƏ tərəfi hələ bununla bağlı rəsmi şərh verməyib.

Daha öncə BƏƏ XİN-in eks-başçısı Ənvər Qarqaş ölkəsinin Yəməndə hərbi mövcudiyyətini dayandırdığını iddia etsə, həqiqət isə bunun əksini göstərir – BƏƏ qüvvələri hələ də Yəməndə mövcuddur.

Qeyd edək ki, BƏƏ ilə İsrail arasında ciddi yaxınlaşma var. İsrailin BƏƏ ilə yaxınlaşmasının İran faktoru olduğu açıq aydındır. BƏƏ  Yəmən və digər ölkələrdə İrana yaxın təşkilatlara qarşı separatçı, həmçinin terrorçulara dəstək verməklə İsrailin bölgə maraqlarının reallaşmasına zəmin yaratmaqda qərarlıdır.

Xəbəri paylaş

VİDEOLAR