Sionist İsrail ordusunun Qəzza şəhərinin cənubunda humanitar yardım gözləyənlərə təşkil etdiyi hücumda 1 nəfərin şəhid olduğu, 26 nəfərin yaralandığı açıqlanıb.
Az.rasthaber.com xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, sionist İsrail əsgərləri son 48 saat ərzində ikinci dəfə Rəşid küçəsində Nablusi qovşağının yaxınlığında yardım gözləyən fələstinlilərə hücum edib.
Sionist İsrail əsgərlərinin kömək gözləyən fələstinlilərə atəş açması nəticəsində 1 nəfər şəhid olub, 26 nəfər yaralanıb.
Sionist İsrail ordusunun 29 fevral cümə axşamı Qəzza şəhərində kömək gözləyən fələstinlilərə hücumunda 118 nəfər şəhid olub, 760 nəfər yaralanıb.
Digər tərəfdən, işğalçı İsrail “təhlükəsiz” olduğunu iddia edərək, fələstinliləri qovduğu Qəzza zolağının cənubundakı Rəfaha hücumlarını davam etdirir.
Şahidlərdən alınan məlumata görə, sionist İsrail ordusu Rəfahda Misir sərhədinə yaxın boş ərazilərə bir sıra hava zərbələri endirib.
Hücumlarda yaralanan fələstinlilər də var.