İsrail hücumlarında 1 gündə 300 nəfər şəhid oldu

İsrail hücumlarında 1 gündə 300 nəfər şəhid oldu

İsrail blokadada olan Qəzza zolağına hücumlarını 9-cu gündür davam etdirir.

Rasthaber Azərbaycan xəbər verir ki, sionist İsrail blokadada olan Qəzza zolağına hücumlarını 9-cu gündür davam etdirir.

Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra sionist İsrailin Qəzzaya hücumlarının son 24 saatı ilə bağlı açıqlama verib.

Kudra qeyd edib ki, sionist rejimin hücumları nəticəsində blokadada olan bölgədə son 24 saat ərzində əksəriyyəti qadın və uşaq olmaqla 300 vətəndaş şəhid olub, 800 nəfər isə yaralanıb.

Digər tərəfdən, sionist rejimin səhər saatlarında həyata keçirdiyi hücumlarda şəhidlər və yaralananlar olub.

Sionist rejimin döyüş təyyarələri Qəzzanın cənubunda Rəfah şəhərinin qərbində Aksa Yanacaq Stansiyası yaxınlığındakı evi bombalayıb. Hücumda şəhid və yaralananların olduğu öyrənilib.

Səhiyyə mənbələrindən alınan məlumata görə, sionist rejimin Qəzzanın qərbində Tel əl-Heva bölgəsində bir evi bombalaması nəticəsində 8 nəfər şəhid olub.


Qəzzada Səhiyyə Nazirliyinin verdiyi yazılı açıqlamaya görə, işğalçı sionist rejimin Qəzza zolağına 9 gün ərzində həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 2 min 329-a yüksəlib.

Nazirliyin verdiyi açıqlamaya görə, sionist rejimin hücumlarında 9 min 42 nəfər yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR