İsrail hərbiçiləri əməliyyat keçirdi: 3 fələstinli qadın yaralandı

İsrail hərbiçiləri əməliyyat keçirdi: 3 fələstinli qadın yaralandı

Sionist hərbçilər hücumda gözyaşardıcı qaz və canlı sursatla fələstinli mülki əhalini hədəf alıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, fələstinli mənbələrinin verdiyi  məlumata görə, Sionist hərbçilər hücumda  gözyaşardıcı qaz və canlı sursatla fələstinli mülki əhalini hədəf alıb.

Fələstin Aypara Cəmiyyəti, Sionist İsrail rejiminin işğalçı qüvvələrinin İordan Çayının Qərb Sahilində, Cənin məntəqəsində bir axtarış əməliyyatı nəticəsində üç fələstinli qadının yaralandığını və üç gəncin əsir götürüldüyünü söyləyib.

Həmçinin bir gənc fələstinli Qüds Şərifin şimal şərqində Həzma məntəqəsində sionist hərbçilərin gülləsinə tuş gələrək yaralanıb.

Sionist İsrail rejimi təcavüzkaranə siyasətlərinə əl tapmaq üçün hərgün Fələstinin müxtəlif məntəqələrinə hücum edərək fələstinli sakinləri yaralyıb, öldürür və ya həbs edir.

Xəbəri paylaş

VİDEOLAR