İsrail hərbi bazasına Hizbullah bayrağı sancıldı

İsrail hərbi bazasına Hizbullah bayrağı sancıldı

Livan sərhədində yerləşən Rahabdakı İsrail hərbi bazasına Hizbullah bayrağı sancılıb.

Rasthaber Azərbaycan xəbər verir ki, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları tərəfindən oktyabrın 7-si şənbə günü işğalçı sionist İsrail rejiminə qarşı başlatdığı Əl-Əqsa tufanı əməliyyatı 9-cu gününə daxil olarkən, bölgədə qarşıdurmalar davam edir.

Qəzza zolağında sionist rejim ilə Fələstin arasında şiddətli toqquşmalarla İsrail-Livan sərhədi də yenidən qızışıb.

Bölgədən çəkilən görüntülərə görə, Livan sərhədində yerləşən Rahabdakı İsrail hərbi bazasına Hizbullah bayrağı sancılıb.

Digər tərəfdən, sionist rejim ordusundan verilən yazılı açıqlamada, Livandan işğal olunmuş ərazinin şimalında Qərbi Qaliley bölgəsinin Şatula qəsəbəsinə tank əleyhinə raketin atıldığı bildirilib.

Livandan sionist İsrailin şimalına tank əleyhinə raket atıldıqdan sonra bir sionist ölüb, 2-si orta və 1-i yüngül olmaqla 3 sionist yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR