İsrail hərbçiləri arasında əqli və psixoloji xəstələrin sayı kəskin artır

İsrail hərbçiləri arasında əqli və psixoloji xəstələrin sayı kəskin artır

İsrail ordusunda analitik olaraq işləyən Yoav Zaitoun son araşdırmasında bu haqda qeyd edilir

Rasthaber Azərbaycan xəbər verir ki, İsrail ordusunda analitik olaraq işləyən Yoav Zaitoun son araşdırması haqda Yedioth Ahronoth-a danışıb.

O araşdırmada İsrail hərbçilər arasında dəli olan və intihara cəhd edənlərin 38 faiz artdığını bildirib.

 Analitik Zaitoun 1000 hərbçilə apardığı araşdırmanın nəticəsi olaraq “Koronavirus pandemiyası, İsrail hərbçiləri arasında zehni pozğunluq xəstəliklərinin artımına səbəb olub. Psixoloji və zehni olaraq 38 faiz bir artım təsbit edildi.”, -deyə vurğulayıb.

İsrail Ordusundakı statistikaya görə isə, 1710 hərbçidən yardım tələbi alındığı, 26 nəfər isə çox böyük risk altında olduğu önə çəkilib. Hərbçilərin xəstəxanaya çatdırıldığı, ümumilikdə isə intihara cəhd edən hərbçilərinin sayında ciddi artım olduğu da Zaitounun araşdırmasında qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR