Yəhya Sinvar İsmayıl Haniyənin Tehranda terror nəticəsində öldürülməsindən sonra HƏMAS lideri seçilmişdi.
Rasthaber Azərbaycan xəbər verir ki, İsrail Ordusu çərşənbə günü Qəzza zolağının cənubunda həyata keçirdiyi əməliyyatda HƏMAS İslami Müqavimət Hərəkatının siyasi bürosunun rəhbəri Yəhya Sinvarı öldürdüklərini iddia edib.
Həmçinin İsrailin xarici işlər naziri Yisrael Katz dünya xarici işlər nazirlərinə ünvanladığı mesajda belə iddia edib: “Sinvarı biz öldürdük. Bu əməliyyat əsirlərin dərhal azad edilməsi imkanını artırır. Sinvarın aradan qaldırılması Qəzzada HƏMAS-sız yeni reallığa gətirib çıxaracaq dəyişikliklər gətirəcək.”
HƏMAS iddianı nə təsdiq, nə də təkzib etməyib.
Qeyd edək ki, Yəhya Sinvar İsmayıl Haniyənin Tehranda terror nəticəsində öldürülməsindən sonra HƏMAS lideri seçilmişdi.