İsrail Hələb Beynəlxalq Hava Limanına raket zərbəsi endirib

İsrail Hələb Beynəlxalq Hava Limanına raket zərbəsi endirib

Bildirilib ki, sionist İsrail bu gün səhər saatlarında Suriyanın Hələb şəhərinə hava hücumu həyata keçirib.

Az.rasthaber.com  xəbər verir ki, Suriyanın dövlət xəbər agentliyi SANA-ya danışan hərbi mənbə bildirib ki, sionist İsrail avqustun 28-i yerli vaxtla səhər saat 4:30 radələrində Aralıq dənizi istiqamətindən Latakiyənin qərbindən Hələb beynəlxalq hava limanına hava hücumu həyata keçirib.

“Nəticədə hava limanına maddi ziyan dəyib və sıradan çıxıb”, - mənbə bildirib.

İsrail hakimiyyət orqanlarından hücumla bağlı hər hansı açıqlama verilməyib.

İşğalçı İsrail rejimi bundan əvvəl də Suriyada çoxlu hava hücumları həyata keçirib.

Xəbəri paylaş

VİDEOLAR