İsrail əhalisi yaşanan olaylara görə Netanyahunu təqsirləndirir

İsrail əhalisi yaşanan olaylara görə Netanyahunu təqsirləndirir

İsrail əhalisinin 80 faizi oktyabrın 7-də HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları tərəfindən həyata keçirilən hücuma görə baş nazir Binyamin Netanyahunun məsuliyyət daşıdığını bildirir.

Az.rasthaber.com xəbər verir ki, İsrailin “Maariv” qəzeti Lazar Araşdırma İnstitutunun keçirdiyi sorğunun nəticələrini dərc edib.

Sorğuya görə, israillilərin 80 faizi oktyabrın 7-də Qəssam Briqadaları tərəfindən həyata keçirilən hücuma görə Netanyahunu təqsirləndirir.

“İsraillilərin yalnız 8 faizi Netanyahunu təqsirləndirməyib.12 faizi isə heç bir fikri olmadığını bildirib”,-deyə məlumatda bildirilib.
İsraildə əhalinin 65 faizinin ölkənin gələcəyi ilə bağlı ümidli olduğu, 25 faizinin isə ümidsiz olduğu bildirilir.

Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb. Silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.

İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ”Dəmir qılınclar” əməliyyatına başladığını açıqlayıb.
İsrailin hücumları nəticəsində 4 mindən çox fələstinli ölüb, 12 mindən çox fələstinli yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR