İsrail gücləri İordan Çayının Qərb sahilində 14 nəfəri həbs etdi

İsrail gücləri İordan Çayının Qərb sahilində 14 nəfəri həbs etdi

Bu barədə Fələstinli Məhbuslar Cəmiyyəti məlumat verib.

Rasthaber Azərbaycan xəbər verir ki, İsrail qüvvələri İordan çayının Qərb sahilində 14 fələstinlini tutub.

Bu barədə Fələstinli Məhbuslar Cəmiyyəti məlumat verib.

Belə ki, İsrail qüvvələri bu gün səhər saatlarında Qərb sahilinin müxtəlif rayonlarında reydlər keçiriblər və həbslər də bu zaman həyata keçirilib.

Qeyd edək ki, İsrail qüvvələri müxtəlif əsassız bəhanələrlə İordan çayının Qərb sahilində və Qüds şəhərinin şərq hissəsində fələstinlilərə qarşı tez-tez reydlər keçirirlər.

Çox sayda fələstinli, o cümlədən də qadınlar və uşaqlar da İsrail həbsxanalarında saxlanılır.

Xəbəri paylaş

VİDEOLAR