“Hizbullah gündə 4,000 raket atmağa qadirdir və bu, bizə çox zərər verə bilər.”
Az.rasthaber.com xəbər verir ki, bunu İsrail Ordusunun şimal bölgəsinin yeni komandanı general-mayor Uri Gordin “Associated Press”ə bildirib.
O, İsrailin daha güclü tərəf olaraq qalacağına əmin olsa da, “Hizbullahın raketlərinin müəyyən dərəcədə ciddi zərər verə biləcəyini”, vurğulayıb.
İsrail generalı Hizbullah hərəkatını güclü düşmən adlandırıb və gələcəkdə bir neçə həftə davam edə biləcək istənilən müharibədə İsrail ərazisinə günə 4,000 olmaqla çoxsaylı raketlərin düşəcəyini təxmin edib.