İsrailə gedən qaz kəməri partladıldı

İsrailə gedən qaz kəməri partladıldı

Misirdə İsrailə gedən qaz kəməri partladılıb

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki,  adlarının açıqlanmaması şərti ilə bəyanat verən bəzi Misir rəsmiləri bildiriblər ki, bu partlayış naməlum silahlı şəxslər tərəfindən törədilib. 

 Misir ilə (işğal olunmuş Fələstin ərazisi) İsrail arasındakı qaz kəmərində partlayış , 6 naməlum şəxsin kəmərin Berül-Əbd kəndindəki hissəsinə partlayıcı maddə quraşdırması nəticəsində baş verib. 

İndiyədək bu partlayışın məsuliyyətini heç kəs  öz üzərinə götürməyib. 

2011-ci il Misirin keçmiş prezidenti Hüsni Mubarək devrildikdən sonra Misir ilə sionist rejim arasındakı qaz kəməri dəfələrlə naməlum şəxslər tərəfindən partladılıb.

Misir 2018-ci ildə sionist rejimdən qaz idxalatı barədə müqavilə imzalayıb. 

Xəbəri paylaş

VİDEOLAR