İsrail gecə boyu Qəzzada mülki əhalini bombalamaqda davam edib

İsrail gecə boyu Qəzzada mülki əhalini bombalamaqda davam edib

Fələstin Daxili İşlər Nazirliyinin Qəzzadakı Telegram səhifəsində paylaşılan ani məlumata görə, sionist İsrail döyüş təyyarələri Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində əl-Astal ailəsinin evinə hava hücumu həyata keçirib.

Az.rasthaber.com xəbər verir ki, Şihab xəbər agentliyi Astal Ailəsindən 18 nəfərin şəhid olduğunu və əksəriyyətinin uşaq olduğunu yazıb.

Xan Yunisin şərq hissəsindəki yaşayış məntəqələri güclü artilleriya atəşinə, eləcə də hava zərbələrinə məruz qalıb.

Qəzzanın şimalındakı Beyt-Ləhya bölgəsində Əl-Ran ailəsinin evi ilə şəhərin mərkəzi hissələrində Nafak küçəsində Əbu Hasirə və Əbdüllətif ailələrinə məxsus iki binaya endirilən hava zərbələri nəticəsində şəhid və yaralananlar olub. 

İsrailin hava hücumu Qəzzada Kamal xəstəxanasının yaxınlığında yerləşən Rezzan göydələnindəki mənzili də hədəf alıb. Hava hücumuna məruz qalan ərazidə şəhid və yaralananların olduğu qeyd edilib.

Bundan əlavə, Qəzzanın mərkəzi hissəsində Deyr-Belah bölgəsində Əqsa Şəhidləri Xəstəxanasının yaxınlığındakı bir ev sionist rejim təyyarələrinin hədəfinə çevrilib.

Yenə də sionist rejim təyyarələri Qəzzənin mərkəzi hissələrindəki Zevayde bölgəsini vuraraq, hücumun baş verdiyi məhəlləni dağıdıblar. Bildirilib ki, Zevayde bölgəsində baş verən hücum nəticəsində ölən və yaralananlarla yanaşı, böyük dağıntı da olub.

Digər tərəfdən, Şifa Xəstəxanasının direktoru bir binanın vurulmasından sonra 50 cəsədin onlara çatdığını mətbuata açıqladı.

Xəbəri paylaş

VİDEOLAR